Qəbul yerləri

Qəbul yerləri və əlaqə

Dr. Günay Məhərrəmzadə Referans Medical Group-un Bakıdakı üç filialında pasiyent qəbul edir. Qəbul günü və saatını dəqiqləşdirmək üçün Referans-ın çağrı mərkəzinə zəng edin və ya WhatsApp-a yazın.

01

Nəsimi rayonu

Referans Poliklinik Nəsimi filialı

  • Bakı şəhəri, Nəsimi rayonu, M. Mirqasımov küç. 25A (42 nömrəli məktəblə üzbəüz)
  • EKQ, exokardioqrafiya, Holter EKQ, Holter təzyiq və treadmill stress EKQ testi bu filialda aparılır.
02

Nəsimi rayonu

Referans Wellbeing Center

  • Bakı şəhəri, Nəsimi rayonu, M. Kaveroçkin küç. 13
  • Qəbul günləri: həftənin 2-ci, 4-cü və 6-cı günləri
03

Səbail rayonu

Referans Poliklinik Bayıl filialı

  • Bakı şəhəri, Səbail rayonu, Akademik Ə. Yaqubov küç. 19

Region qəbulları

Referans-ın regionlardakı qəbul günləri

Referans Medical Group vaxtaşırı Bakıdan həkimləri regionlardakı tibb mərkəzlərinə dəvət edir. Dr. Günay Məhərrəmzadə bu çərçivədə aşağıdakı qəbullarda iştirak edib. Növbəti region qəbulları barədə məlumat Referans-ın elanlarında və həkimin Instagram səhifəsində verilir; region qəbullarına öncədən qeydiyyat tələb olunur.

  • 22 iyun 2025Referans Qəbələ Tibb MərkəziReferans Medical Group-un Bakıdan dəvət etdiyi həkimlərin səyyar qəbulu.
  • 17 may 2025Referans Masallı Tibb MərkəziReferans Medical Group-un regionda təşkil etdiyi qəbul günü.

Qəbula yazılma

Rahat günü seçin

Müraciət edərkən Dr. Günay Məhərrəmzadənin adını və istədiyiniz filialı qeyd edin. Mümkünsə, əvvəlki müayinə nəticələrinizi və dərmanlarınızın siyahısını özünüzlə gətirin.

Təcili hal

Sinədə bir neçə dəqiqədən uzun çəkən və ya istirahətdə keçməyən sıxıcı ağrı, ağrının sol qola, çənəyə və ya kürəyə yayılması, soyuq tər, kəskin təngnəfəslik və ya huşun itirilməsi təcili haldır. Belə vəziyyətdə qəbula yazılmağı gözləməyin. Dərhal 103 və ya 112 nömrəsinə zəng edin.

Günay MəhərrəmzadəKardioloq

Müayinə, xəstəlik və ya mövzu adını yazın.

Kardioloq Günay Məhərrəmzadə

Dr. Günay Məhərrəmzadə

Kardioloq · Referans Medical Group

Kontaktı telefona yazın